Millimizin futbolçusu Bədavi Hüseynov UEFA Millətlər Liqasının 4-cü turunda Kiprlə oyunu buraxacaq.

Rekord.az xəbər verir ki, buna səbəb onun Monteneqro ilə matçda sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir.

"Qarabağ"ın müdafiəçisi ilk dəfə sentyabrın 8-də Kiprə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada rəsmi xəbərdarlıqla üzləşib.

Kiprlə görüş okyabrın 13-də Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda olacaq.