Karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Qurban Tağıyev millinin yeni baş məşqçisi təyi olunub. Bir müddət əvvəl federasiya ilə müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəz edən Tağıyev, bu yeni təyinatla həm də federasiyanın məşqçilər komitəsinin sədri sayılır. Artıq bir neçə ildir milli komandanın böyük məşçqisi olan Tağıyev 5-ci dan qara kəmər sahibi olmaqla yanaşı, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, dünya kuboku yarışlarının isə dəfələrlə qalib və mükafatçısı olub. 

Milli komandanın lideri Rafael Ağayev də məşqçilər heyətinə cəlb olunub.