“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü və məşqçisi Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Rekord.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun mətbuat xidməti məlumat yayıb. Bu təyinat Azərbaycan Sambo Federasiyası tərəfindən gerçəkləşib.

Sambo üzrə dünya və Azərbaycan çempionu, dünya kubokunun qalibi, döyüş sambosu üzrə dünya və Avropa çempionu bu idman növündə milli komandanın uğurları üçün çalışacaq.

Abbasov Pro FC-GPG-nin qalibi, pankration, ciu-citsu və əlbəyəxa döyüş üzrə dünya, cüdo üzrə Azərbaycan çempionudur.