Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi təyin olunub.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından bildirilib.

Bu vəzifəyə yunanıstanlı mütəxəssis Panayotis Xronopulos gətirilib. O, bu postda Azər Babayevi əvəzləyib.

Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.