
Azərbaycan millisində yeni fiqurlu konkisürən
- 26 Mar 2025 12:20
- 88
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Jilinanın 17 yaşı var və ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir. Ötən mövsüm idmançı zədə səbəbindən yarışları buraxmaq məcburiyyətində qalıb.
O, 2023-cü ildə Rusiya Gənclər Çempionatının gümüş mükafatçısı və 2023-cü ildə Gənclər arasında qran-pri finalının qalibidir.