Azərbaycan millisində yeni rəsmi sponsor - FOTOLAR
- 30 May 2024 16:40
- 173
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sports.az AFFA-nın saytına istinadən xəbər verir ki, üqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.
Sərxan Hacıyev tədbirdə çıxış edərək “Misli”nin Azərbaycan futbol ailəsinin yaxın dostu olduğunu bildirib. O, ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Misli” rəhbərliyinə təşəkkür edib.
Osman Karakuş da Azərbaycan futboluna dəstək olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb. O, “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusən də, dünyada ən çox sevilən idman növlərindən olan futbolun inkişafına hər zaman dəstək olduğunu bildirərək əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.
Qeyd edək ki, “Misli” həm də son iki mövsümdür Azərbaycan Premyer Liqasının əsas sponsorudur və çempionat Misli Premyer Liqası adlanır.