
Azərbaycan millisindən Bolqarıstanda 4 medal
- 29 Apr 2025 19:00
- 39
Azərbaycanın savat millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən ənənəvi "World Open" beynəlxalq turnirində 4 medal qazanıb.
Rekord.az xəbər verir ki, komanda yarışda baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında iştirak edib.
Kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üzeyir Məsimov (36) isə bürünc medalla kifayətlənib.
Kişilər arasında yarışda isə Beyrək Bağırov (80 kq) və Sənan Babazadə (+85 kq) gümüş medal sahibi olublar.