Azərbaycan millisindən dünya çempionatında gümüş medal
- 29 Sen 2024 16:00
- 153
Atıcılıq üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət yığma fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada fərqləniblər.
Birinci yerə Hindistan təmsilçiləri sahib çıxıblar.
Yarış oktyabrın 7-də başa çatacaq.