Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını Bayram Paşazadə, Ramil Əliyev və İsa Zeynallı vurub.

Xatırladaq ki, Azərbaycan yığması bu rəqibə qarşı keçirdiyi əvvəlki yoxlama oyunlarından da 6:4 və 4:1 hesablı qələbələrlə ayrılmışdı.