Azərbaycan millisindən imtinanın səbəbini açıqladı
- 29 Apr 2020 18:00
- 876
"Kayserispor"da çıxış edən Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib.
Rekord.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi DHA-ya açıqlamasında bildirib:
"Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi, mənim də hədəfimdir. Ona görə də gələn təklifi geri çevirdim. Belə davam etsəm, milliyə çağırılacağımı gözləyirəm".
Yarımmüdafiəçi 2014 - 2017-ci illərdə Azərbaycan yığmasında işləyən və hazırda "Kayserispor"un baş məşqçisi olan Robert Prosineçki barədə xoş sözlər deyib: "Baş məşqçimizin yüksək futbol biliyi var.
Futbolçularla dialoqu da çox yaxşıdır, sadəcə, işini görən mütəxəssisdir. Oyunçulardan da gözləntisi budur. Futbolçularla tez-tez danışmaz, lakin işlərini yerinə yetirmələrini gözləyir. "Real Madrid" və "Barselona"da oynayıb, futbol savadı var. Bizi Super Liqada saxlaya biləcəyinə inanıram".
Hasan Hüseyin Acar 2018-ci ilin yayından "Kayserispor"da çıxış edir. O, daha öncə Azərbaycan millisində oynamağa müsbət yanaşdığını açıqlamışdı.