Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

Rekord.az xəbər verir ki, milli komanda hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Millimiz bu dəfə Türkiyənin “Petkim Spor” komandasının gənc basketbolçularını sınağa çəkib. Komandamız bu dəfə 84:61 hesabı ilə qalib gəlib.

Bu oyunda yığmamızın üç basketbolçusu öz statistikaları ilə diqqət çəkib.

Amil Həmzəyev - 23 xal (12 ribaund)
Əkbər Məmmədov - 12 xal (16 ribaund)
Zaur Paşayev - 17 xal (7 asist)