
Azərbaycan millisindən Litva üzərində növbəti qələbə
- 20 May 2022 22:00
- 521
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Komandamızın heyətində Ramil Əliyev, Emin Mehdiyev, Elçin Qasımov və Sabir Allahquliyev fərqləniblər.
Bu komandalar arasında növbəti oyun sabah keçirəcək. Ötən gün baş tutan ilk oyunda yığmamız penaltilərlə qalib gəlmişdi (əsas vaxt 1:1, penaltilər 5:4).