Azərbaycan millisindən Parisdə tarixi nəticə
- 10 Avq 2024 18:10
- 249
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.
Rekord.az xəbər verir ki, final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.
Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.
Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.
Olimpiada avqustun 11-də yekun vurulacaq.