Azərbaycan millisindən Tbilisidə bir qələbə, bir məğlubiyyət
- 25 Apr 2023 22:32
- 351
Aprelin 24-dən etibarən Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 millisi hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri ilk görüşündə "Martveli"nin U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəlib.
İkinci görüş güclü "Dinamo Tbilisi"nin U-16 komandasına qarşı baş tutub. Yığmamız oyundan 68:73 hesablı məğlubiyyətlə ayrılıb.
Təlim-məşq toplanışı aprelin 30-na qədər davam edəcək.