Məlum olduğu kimi, Rusiyanın "Ximki" komandasında çıxış edən azərbaycanlı futbolçu Kamran Əliyevlə Türkiyənin Antalya şəhərində görüş keçirilib.

 

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

 

Elxan Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qardaş ölkəyə ezam olunub. AFFA rəsmisi hələ Əliyevdən təsdiq cavabı almadıqlarını və cavab gözlədiklərini bildirib.

Bizim əldə etdiyimiz son məlumata görə isə Əliyev AFFA-nın təklifini geri çevirib və Azərbaycan millisinə gəlməkdən imtina edib.