Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.

Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

23 yaşlı cüdoçu 10-11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində Azərbaycan yığmasında debüt edəcək.

Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.