"Düzgün oynamasaq da, vacib qələbə qazandıq. Lüksemburq çox yaxşı oyun göstərdi. Bəzi şanslarımız oldu. Amma bizim üçün ən önəmli sonda qələbə qazanmağımızdır”.

Rekord.az xəbər verir ki, bu sözləri DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Serbiya yığmasının kapitanı Duşan Tadiç Lüksemburqa qalib gəldikləri oyundan (1:0) sonra deyib.

“Ayaks”ın hücumçusu növbəti oyunda Azərbaycan millisinə də qalib gəlməli olduqlarını bildirib:

“Azarkeşləri qələbə ilə sevindirdiyimiz üçün şadam. Bu oyunu unudacağıq. Növbəti oyunda Azərbaycanı məğlub edib, Portuqaliya ilə finala bərabər oyuna hazırlaşmalıyıq”.

Serbiya millimizlə oktyabrın 12-də Belqradda qarşılaşacaq.