Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsində üçüncü oyununu keçirib.

Rekord.az xəbər verir ki, qızlarımız 1/4 finalda Fransaya 20:21 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Xatırladaq ki, millimiz qrupdakı ilk oyununda Filippin yığması ilə qarşılaşmış və 22:17 hesabı ilə qalib gəlmişdi. Sonuncu görüşündə basketbolçularımız Niderland yığması ilə qarşılaşmış və 12:21 hesabı ilə məğlub olsalar da,  1/4 finala vəsiqəni təmin etmişdilər.