Bu il 15 avqust - 3 sentyabr tarixlərində baş tutacaq Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının başlayacağı saat müəyyənləşib. "Rekord.az" xəbər verir ki, millimiz C qrupunda yer alır.
 
Bu qrupa Almaniya ev sahibliyi edir. Ardıcıl 10-cu dəfə qitə birinciliyinin final mərhələsində iştirak edəcək yığmamızın qrup rəqibləri isə Almaniya ilə yanaşı, Çexiya, Yunanıstan, İsveç və Türkiyə kollektivləri olacaq.

Voleybolçularımız ilk görüşlərini avqustun 18-də Çexiyaya qarşı keçirəcəklər. Ardından meydan sahibləri ilə qarşılaşacaq komandamız daha sonra Türkiyə, Yunanıstan və İsveçlə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinə avqustun 24-də yekun vurulacaq. Qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcəklər.


Avropa çempionatı
C qrupu
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.


17 avqust
   23:00 Yunanıstan - Almaniya

18 avqust
   20:00 Türkiyə - İsveç
   23:00 Azərbaycan - Çexiya

19 avqust
  20:00 İsveç - Yunanıstan
  23:00 Azərbaycan - Almaniya

20 avqust
   20:00 Yunanıstan - Çexiya
   23:00 Türkiyə - Azərbaycan

21 avqust
   20:00 Çexiya - Türkiyə
   23:00 Almaniya - İsveç

22 avqust
   20:00 Azərbaycan - Yunanıstan
   23:00 Almaniya - Çexiya

23 avqust
   20:00 Yunanıstan - Türkiyə 

   23:00 İsveç - Azərbaycan


24 avqust
   20:00 Çexiya - İsveç
   23:00 Türkiyə - Almaniya