Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
- 27 Okt 2022 18:15
- 445
Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi 14 idmançı təmsil edəcək.
Cüdoçular ilk iki gündə fərdi mübarizədə, sonuncu gündə isə komanda yarışında iştirak edəcəklər.
“A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.
Kişilərdən Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq), qadınlarda isə Rəmilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Sudabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) tatamiyə çıxacaq.
Avropa çempionatı oktyabrın 30-da başa çatacaq.