Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.

Rekord.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.

Xorvatiyada təşkil olunacaq dünya çempionatı oktyabrın 7-də start götürəcək.