Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enrik və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunduğu üçün ifadə verir.

San-Sebastyandakı 3 saylı Cinayət Məhkəməsi hazırda davam edir və adıçəkilən şəxslər dindirilir. İsrafilovun günahı sübuta yetirilərsə, 1 ildən 3 ilədək azadlıqdan məhrum oluna bilər.

Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisinin formasını geyinir.