Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib.


Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Qarabağ”ın üzvü Kənan İsmayılov milliyə dəvət olunub.


Qeyd edək ki, U-17 martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komanda martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü keçirəcək.