Azərbaycan millisinin iki üzvü nişanlandı
- 2020-06-22 14:46
- 835
Azərbaycan milli komandasının şərəfini qoruyan iki idmançı nişanlanıb.
Rekord.az xəbər verir ki, aerobika gimnastikası üzrə yığmamızın üzvü Emil Quliyev və eyni komandanın şərəfini qoruyan, aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının qızıl medalını qazanmış Balaxanım Əhmədova nişanlanıb.
Cütlüyün nişan mərasimi dünən Bakının məşhur restoranlarından birində təşkil edilib. Mərasimdə idmançıların yaxınları ilə yanaşı, milli komandamızın üzvləri də iştirak edib.