Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Olimpiya Oyunlarının təsnifatının ikinci mərhələsində gələn ilin ilk günlərində mübarizə aparacaq. “Rekord.az” xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan qatılacaq son iştirakçının adı Niderlandda bəlli olacaq.

Yanvarın 7-də start götürəcək yarışa ayın 12-də yekun vurulacaq. Apeldorn şəhərində təşkil olunacaq seçmə mərhələ iki qrupdan ibarət olacaq. Azərbaycan millisi A qrupunda yer alıb. Rəqiblərimiz meydan sahibi Niderland, Bolqarıstan və Polşa kollektivləridir. Türkiyə, Almaniya, Xorvatiya və Belçika isə B qrupunda yer alıblar. 7-10 yanvar tarixlərində qrup oyunlar, ayın 11-12-də isə yarımfinal və final qarşılaşmaları baş tutacaq. Yekunda yalnız 1-ci yeri tutacaq yığma Yaponiyaya son vəsiqənin sahibi olacaq.

Azərbaycan millisinin Olimpiya təsnifat turnirində oyunlarının təqvimi:

A qrupu
I tur

07.01.2020
   19:00 Polşa - Bolqarıstan
   22:30 Azərbaycan - Hollandiya

II tur
08.01.2020
   22:30 Bolqarıstan - Hollandiya

III tur
09.01.2020
  19:00 Bolqarıstan - Azərbaycan
   22:30 Hollandiya - Polşa

IV tur
10.01.2020
   23:00 Polşa - Azərbaycan

Yarımfinal
11.01.2020
   20:15 A1 - B2
   23:45 B1 - A2

Final
12.01.2020
   20:30 A1/B2 - B1/A2