Azərbaycan millisinin oyunu moldovalı hakimlərə tapşırıldı
- 14 Okt 2023 14:42
- 669
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində Lüksemburq ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək görüşü moldovalı Dumitri Muntean idarə edəcək.
Denis Oala və Sergey Boqdan köməkçi hakim, İqor Bosca isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.
Oktyabrın 17-də reallaşacaq görüş saat 18:00-da başlayacaq.