![photo](https://www.rekord.az/storage/uploads/5/dmitri-nagiyev-4.jpg)
Azərbaycan millisinin sabiq üzvü Ukraynada klubunu dəyişdi
- 11 İyl 2023 10:30
- 296
Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.
Rekord.az xəbər verir ki, "İnqulets"dən ayrılan 27 yaşlı futbolçu karyerasını "Obolon"da davam etdirəcək.
O, Kiyev təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Müdafiəçi yeni klubunda 33 nömrəli formada oynayacaq.
Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək "Sumqayıt"ın formasını geyinib. O, Azərbaycanın U-21 millisində də 2 oyuna çıxıb.