“Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir”
- 04 Mar 2021 22:00
- 876
Futzal üzrə Moldova yığmasının baş məşqçisi Vladimir Busatı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:5 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var. Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa, özün cəzalandırılacaqsan”.