Azərbaycan voleybolçuları Anastasiya Mertsalova və Aqil Ağazadə ailə həyatı qurublar.  "Rekord.az" xəbər verir ki, cütlüyün nigah mərasimi iki gün əvvəl baş tutub. 

Qeyd edək ki, Mertsalova qadın voleybolçulardan ibarət millimizdə, Ağazadə isə kişilərdən ibarət yığmamızda çıxış edirlər.

Voleybolçularımızı bu sevincli günləri münasibətilə təbrik edir, onlara xoşbəxtlik arzulayırıq.