Azərbaycanın parakamandan oxatma millisinin üzvləri Azadə Abdullayeva və Cahan Musayev Dünya Reytinq Turnirində mübarizə aparacaqlar.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Çexiyanın Nove Mesto şəhərində iyunun 22-də start götürən yarış 30-da yekunlaşacaq.