Azərbaycanlı futbolçu Sərtan Taşkın Türkiyənin "Manisa" klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Sərtan bu qış "Turan Tovuz"dan "Manisa"ya keçmişdi. 26 yaşlı cinah yarımmüdafiəçisi 1-ci liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.