Azərbaycan millisinin yeni baş məşqçisinin karyerası və nailiyyətləri
- 16 May 2023 13:05
- 433
Millimizin yeni baş məşqçisi Ataman Güneyligil oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postuna türkiyəli mütəxəssis Ataman Güneyligil təyin olunub.
41 yaşlı təcrübəli mütəxəssis Türkiyənin qadınlardan ibarət U-20 və U-23 yığmalarında, eləcə də müxtəlif klublarda çalışıb, bir sıra nailiyyətlər əldə edib.
Yığmamızın yeni baş məqşçisi Ataman Güneyligilin karyerası və qazandığı nailiyyətləri diqqətinizə çatdırırıq:
Karyerası:
2003-2006 "Vakıfbank" klubu (Köməkçi məşqçi)
2006-2008 "Beşiktaş" klubu (Köməkçi məşqçi)
2008-2010 "Galatasaray" klubu (Köməkçi məşqçi)
2010-2011 Dicle Üniversitesinin komandası (Baş məşqçi)
2013 Türkiyənin U-23 millisi (Köməkçi məşqçi)
2011-2015 "Galatasaray" klubu (Köməkçi məşqçi)
2015 Türkiyənin U-20 millisi (Baş məşqçi)
2017 Türkiyənin U-23 millisi (Baş məşqçi)
2015-2023 Galatasaray (Baş məşqçi)
Nailiyyətləri:
Milli komandalar ilə
2017 Türkiyənin U-23 millisi ilə (qadınlar) Dünya çempionatında qızıl medal
2017 Türkiyə millisi ilə (qadınlar) "Yeltsin kuboku"nda bürünc medal
Klublar:
CEV Cup
2003-2004 "Vakıfbank" klubu ilə qızıl medal
2020-2021, 2015-2016, 2011-2012 "Qalatasaray" klubu ilə gümüş medal
2016-2017, 2014-2015 "Qalatasaray" klubu ilə bürünc medal
Challenge Cup
2009-2010 "Qalatasaray" klubu ilə bürünc medal
Balkan kuboku
2007-2008 "Beşiktaş" klubu ilə qızıl medal
Top Volley International
2012-2013 "Qalatasaray" klubu ilə bürünc medal
Türkiyə çempionatı
2004-2005, 2003-2004 "Vakıfbank" klubu ilə qızıl medal
2005-2006 "Vakıfbank" klubu ilə gümüş medal
2012-2013 "Qalatasaray" klubu ilə bürünc medal
2016-2017 "Qalatasaray" klubu ilə gümüş medal
Türkiyə kuboku
2011-2012 "Qalatasaray" klubu ilə gümüş medal
2020-2021, 2018-2019, 2017-2018, 2014-2015, 2012-2013 "Qalatasaray" klubu ilə bürünc medal
Türkiyə Super Kuboku
2012-2013 "Qalatasaray" klubu ilə gümüş medal