Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, Moldova yığması ilə Azərbaycan millisi əsasən yoldaşlıq oyunlarında və beynəlxalq turnirlərdə qarşılaşıb. 

İndiyə qədər bu komandalar arasında keçirilmiş 8 oyundan yalnız biri rəsmi görüş olub. Ümumi nəticə isə komandamızın xeyrinədir: Komandamız 7 qələbə qazandığı halda, cəmi 1 dəfə məğlubiyyətlə üzləşib.

30.03.2004. YO. Moldova – Azərbaycan 1:3

31.03.2004. YO. Moldova – Azərbaycan 4:5

28.01.2009. BT. Azərbaycan – Moldova  4:2

14.02.2013. BT. Azərbaycan – Moldova  6:1

23.04.2015. BT. Moldova – Azərbaycan 1:1, pen. 1:0

29.03.2017. YO. Azərbaycan – Moldova  6:1

30.03.2017. YO. Azərbaycan – Moldova  3:2

23.10.2019. DÇSO Azərbaycan – Moldova 3:1