Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirildi
- 12 Sen 2023 11:30
- 304
DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.
Rekord.az xəbər verir ki, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, 18:30-da başlayacaq.