Azərbaycan Niderlanda quru hesabla uduzdu
- 06 Avq 2021 21:23
- 762
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Macarıstanda təşkil olunan "Savaria" turnirində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, qitə birinciliyinə hazırlıq çərçivəsində turnirə qatılan komandamızın rəqibi Niderland olub.
Yenidən formalaşmış heyətlə yarışda çıxış edən millimiz kifayət qədər güclü rəqiblə bacarmayıb. 3 set davam etmiş görüşdə Vüqar Əliyevin rəhbərlik etdiyi voleybolçularımız quru hesabla uduzublar.
Qeyd edək ki, millimiz yarışdakı son oyununu sabah Çexiya yığmasına qarşı keçirəcək.
"Savaria" beynəlxalq turniri
6 avqust
Niderland - Azərbaycan 3:0 (25:14, 25:13, 25:16)