Azərbaycan - Norveç matçı ispan hakimə tapşırıldı
- 20 Okt 2019 12:30
- 737
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, yığmamız saat 16:00-da başlayacaq oyunda norveçli həmyaşıdları ilə qarşılaşacaq.
Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Zulema Qonzales Qonzales (İspaniya).
Baş hakimin köməkçiləri: Eliana Fernandes Qonzales (İspaniya), Hentze Petur Pall Winter (Farer adaları).
Dördüncü hakim: Rani Andrasson Skaalum (Farer adaları).