Rekord.az xəbər verir ki, Ermənistan orudusunda itkilərin sayı-hesabı yoxdur.

Azərbaycan ordusundan çəkinən dığalar xarici ölkələrdəki itanınmış simaların çağırışından yararlanmaqla Ermənistandakı idmançıların cəbhə bölgəsinə yollanmağa səsləyir və böyük ölçüdə buna nail olmaqdadır.

İndiyə qədər xeyli sayda hazırkı və sabiq idmançı orduya dəstək məqsədi ilə könüllü müharibəyə yollanıb.

Lakin həmin idmançıların valideynləri hər gün pis xəbərə üzülmək məcburiyyətində qalıb. Sentyabrın 27-də başlayan döyüşlərdə kifayət qədər erməni idmançı Azərbaycanın əsgər və zabiti tərəfindən məhv edilib.

Offsideplus.az Ermənistan mətbuatına istinadla həmin siyahını təqdim edir. Təbii ki, adları məlum olmayan daha neçə nəfər var. Bunlar yalnız üzdə olanların adlarıdır.

Levan Sevoyan - "Andranik" futbol məktəbinin futbolçusu

Tiqran Mikoyan - basketbol üzrə gənclər yığmasının sabiq üzvü

Ayk Saakyan - basketbol üzrə XMOMM komandasının üzvü

Aşot Xaçatryan - "Nairi" basketbol komandasının üzvü

Leo Papyan - boks yığmasının 69 kilo çəki dərəcəsindəki üzvü

Aris Stepanyan da o dünyaya gedənlər arasındadır. Lakin o, idmançı yox, Ermənistan futbol millisinin FAF azarkeş qrupunun üzvü olub.