Azərbaycan para-taekvondoçuları Fransanın Montarji şəhərində keçiriləcək Açıq Avropa Çempionatı və Açıq Həmrəylik turnirində iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, yarışlarda milli komandaya baş məşqçi Fərid Tağızadə rəhbərlik edəcək.

Açıq Avropa Çempionatı 28-30 iyun, Açıq Həmrəylik turniri isə 1-2 iyul tarixlərində baş tutacaq. Hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.