Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində öz kateqoriyasında ikinci olub.


Rekord.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, LW3 kateqoriyasında çıxış edən idmançı ilkin mərhələni 1:26.69 nəticə ilə ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.


Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçı yarışı öz kateqoriyasında ikinci, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü yerdə bitirib.