Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində çıxış edir.


Rekord.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.


Martın 30-da başa çatacaq turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.