Azərbaycanın parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Rekord.az xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaq.

Parataekvondoçularımız K-44 kateqoriyasında qüvvəsini sınayacaq.

Turnir mayın 9-dan 12-dək keçiriləcək.