Azərbaycan pauerliftinqçisi DÇ-də 2 medal qazandı
- 22 Avq 2023 19:00
- 312
Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talıb Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında 2 gümüş mükafata yiyələnib.
O, ən yaxşı nəticəyə (160 kq) və umümi çəkiyə (307 kq) görə buna nail olub.