Azərbaycan - Portuqaliya: Öncə Santos, sonra De Byazi
- 05 Sen 2021 19:00
- 499
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, sentyabrın 6-da saat 17:15-də Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santosun mətbuat konfransı başlayacaq. Saat 18:00-da isə Portuqaliya millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə start veriləcək.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 18:45-da jurnalistlər önünə çıxacaq. Saat 19:15-də də millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.