DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Portuqaliya yığmasını qəbul edəcəyi stadion müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sentyabrın 7-də keçiriləcək bu matça saat 20:00-da start veriləcək.