Azərbaycan Premyer Liqasında 4 bombardir
- 18 İyn 2020 19:20
- 565
Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün bombardiri adına 4 futbolçu yiyələnib.
Rekord.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hərəyə 7 qol vuran Stiven Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emreli (“Qarabağ”) Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görüləcək.
Cari mövsümün əsasnaməsinə görə, yekunda birdən çox futbolçu eyni sayda qol vurduğu halda bütün oyunçular bombardir hesab olunur.
Qeyd edək ki, Birinci Divizionun bombardiri Musa Qurbanlı (“Qarabağ-2”) 15 dəfə rəqib qapısına yol tapıb.