Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsüm ləğv olunub.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qərara əsasən, mövsüm ləğv olunur və lider “Qarabağ” çempion elan edilir.

Lider “Qarabağ” Çempionlar Liqasında, sonrakı 3 pilləni sahibi olan “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında iştirak edəcək.