Azərbaycan - Qazaxıstan matçının ən yaxşı futbolçusu
- 12 İyn 2024 14:00
- 206
Macarıstanda Azərbaycan və Qazaxıstan milliləri arasında keçirilən yoldaşlıq oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Football Kulichki” saytı yığmamızın hücumçusu Mahir Emrelini fərqləndirib.
Nəşr Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən forvardın həmin matçda parladığını yazıb: "Fasiləyə az qalmış onun qolu komanda yoldaşlarını ruhlandırdı və onlara qələbə əhval-ruhiyyəsi yaşatdı. Emreli ikinci hissədə də çox hücum etdi, ən vacib olan penaltini qazandı. Qarşılaşma ərzində dəfələrlə zərbə vurdu, meydanda hər şeyini verdi. Azərbaycan millisində onun ən yaxşı olduğunu deyə biliriksə, Qazaxıstanda Maksim Samorodov və sonradan Danil Ustimenko ilə əvəzlənən qapıçı Aleksandr Zarutskini qeyd edə bilərik".
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.