Serbiyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatında iştirak edən Azərbaycan millisi bu gün ilk qarşılaşmasına çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Belçika ilə üz-üzə gəlib.

Görüş gözlənildiyi kimi rəqibin üstünlüyü ilə keçib. Yarışa əsasən əvəzləyici heyət və bir neçə gənc oyunçu ilə qatılan millimiz ilk seti pis keçirsə də, növbəti hissədə ciddi müqavimət göstərib. Uzatmaya gedən bu setdə qələbəni voleybolçularımız son anda əldən veriblər. Sonrakı hissədə də rəqib təşəbbüsü əldən verməyib. 3 set davam etmiş görüşdə Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız quru hesablı məğlubiyyətlə barışmalı olub.

Avropa çempionatı

A qrupu

I tur

   Azərbaycan - Belçika 0:3 (13:25, 24:26, 13:25)