Bu il Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.


Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.


Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.


Formula 1-də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.