Azərbaycan qran-prisində üçüncü sərbəst yürüşün birincisi bəlli oldu
- 14 Sen 2024 13:57
- 390
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
Rekord.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.
"Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncüdür.
Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler fərqləniblər.
Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.
Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.